Yas mərasimində 52 nəfər qidadan zəhərlənib


  • 10:39

Türkiyənin Samsun şəhərində kütləvi zəhərlənmə baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsunun Alaçam rayonunda yas mərasimində yemək yedikdən sonra halı pisləşən 52 nəfər ürəkbulanma və qusma şikayətləri ilə Alaçam Dövlət Xəstəxanasına müraciət edib.

Qidalardan nümunələr götürülərək laboratoriyaya göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Zərərçəkmişlərin səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər