- 17:15
Türkiyənin Bursa şəhərində zəncirvari yol qəzası baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursanın İnegöl rayonunda 3 avtomobilin toqquşduğu yol qəzasında 4 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb edilib.
Yaralılar İnegöl Dövlət Xəstəxanasına çatdırılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Qəzanın səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə