- 16:39
Türkiyənin Ardahan şəhərində yağan güclü yağış bir sıra fəsadlar törədib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, axşam saatlarından şəhərin mərkəzində və Göle rayonunda başlayan leysan zamanı yollara və əkin sahələrinə ciddi ziyan dəyib.
Həmçinin bəzi evləri su basıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Əraziyə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) əməkdaşları cəlb edilib.
Yağışın ziyan vurduğu bölgədə müvafiq tədbirlər görülür.
Şəbnəm Mehdizadə