- 16:39
ABŞ-də yanğınsöndürənlərə silahlı hücum olub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Aydaho ştatında meşə yanğınına müdaxilə edən yanğınsöndürənlərə silahla hücum edilib. Snayperlərin hücumu nəticəsində iki yanğınsöndürən həlak olub, biri ağır yaralanıb.
Rəsmilər hücumun qəsdən törədildiyini təsdiqləyib.
Hücum edən şəxsin hadisə yerinə yaxın meşəlik ərazidə silahı ilə birgə meyiti tapılıb. Ərazidə yanğın hələ də davam edir.
Hücumla bağlı araşdırma başlayıb.
Şəbnəm Mehdizadə