ABŞ-də ölən anası ilə günlərlə tək qalan körpə xilas edilib


  • 11:01

ABŞ-nin Arizona ştatında polis ölümündən sonra günlərlə anası ilə tək qalan körpəni xilas edib.

E-huquq.az “CBS News”a istinadən xəbər verir ki, mayın 14-də qadının qonşusu yenicə uşaq dünyaya gətirən ondan xəbər almadığını bildirib. Daha sonra polis qadının yaşadığı mənzilə gedib.
Bu zaman məmurlar qadını yerdə uzanmış vəziyyətdə tapıb.

Daha sonra məmurlar çarpayıda yatan körpəni xilas edərək müalicə üçün xəstəxanaya aparıblar.

Ananın ölüm səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər