- 17:15
Alimlər düyüdən hazırlanan lavaşla robototexnika sahəsində yeniliyə imza atıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Bristol Universitetinin alimləri Vyetnam mətbəxində tez-tez istifadə edilən düyü lavaşının yumşaq robot texnikasında inqilabi material ola biləcəyini aşkar edib. Elm və Mühəndislik Fakültəsinin tədqiqatçıları düyü ununun elastikliyinə görə silikon qədər güclü olduğunu, bioloji parçalana bilən, zəhərsiz və hətta yeməli olduğunu, ekoloji cəhətdən təmiz bir alternativ təklif etdiyini bildiriblər.
Tədqiqatın aparıcı müəllifi Christine Braganza deyib ki, bu araşdırma hər kəsə öz evlərində yumşaq robototexnika ilə təcrübə aparmağa imkan verir.
“Bu materialdan təkcə elmi təcrübələrdə deyil, həm də kənd təsərrüfatında, meşələrin bərpası layihələrində və hətta mətbəxdə müxtəlif üsullarla istifadə edilə bilər. Düyü xəmirindən hazırlanmış robot hissələri çətin əldə edilən ərazilərdə toxum əkmək kimi vəzifələri yerinə yetirmək üçün perspektivli alternativ təklif edə bilər” -deyə o bildirib.
Tədqiqatçılar indi bu materialdan sərbəst hərəkət edə bilən robot istehsal etməyi hədəfləyirlər.
Şəbnəm Mehdizadə