Təyyarə qəzası ilə bağlı istintaq davam edir - Nazirdən AÇIQLAMA


  • 16:15

Hindistanda “Air İndia” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan istintaq davam edir.

E-huquq.az Hindistanın NDTV kanalına istinadən xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya naziri Murlidhar Mohol məlumat verib.

Nazir təyyarənin qara qutusunun tədqiqinin davam etdiyini bildirib.

O, qeyd edib ki, qara qutu ekspertiza üçün xaricə göndərilməyəcək. Mohol ölkədə təhqiqatın yekunlaşacağını bildirib və təyyarənin qəzaya uğrama səbəblərinin araşdırılmasında bütün imkanların, o cümlədən “təxribat”ın nəzərdən keçirildiyini vurğulayıb.

Təhqiqat hesabatı açıqlananda qəzanın yanacaq problemi, yoxsa hər iki mühərrikin sıradan çıxması səbəbindən baş verdiyi məlum olacaq.

Qeyd edək ki, Əhmədabaddakı Sərdar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından London Gatwick hava limanına uçan "Air India 171" sərnişin təyyarəsi iyunun 12-də havaya qalxdıqdan az sonra Meqani Naqar qəsəbəsində qəzaya uğrayıb. Təyyarə qəzası nəticəsində 260 nəfər həyatını itirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər