- 18:10
Yunanıstanda dövlət qurumlarına və əhaliyə yanğın riskinə hazır olmaları barədə xəbərdarlıq edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda Yunanıstanda meşə yanğınları riskinin yüksək olduğunu açıqlanıb.
Açıqlamada yanğın riskinin xüsusilə paytaxt Afina və ətrafı, Peloponnese yarımadasının cənubu və Krit adasının daxil olduğu Attika bölgəsində yüksək olduğu ifadə edilib.
Bütün dövlət qurumları və bələdiyyələrə yanğınlara hazır olmaları tapşırılıb.
Vətəndaşlardan açıq yerlərdə od yandırmamaq, yanğına səbəb ola biləcək fəaliyyətlərdən uzaq durmaq xahiş olunub. Ölkə daxilində güclü külək səbəbindən bir çox gəmi səfərləri ləğv edilib.
Şəbnəm Mehdizadə