- 18:10
Türkiyənin İzmir şəhərində davam edən meşə yanğınları ciddi fəsadlar törədib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Qaziemir rayonunda zibillikdə baş verən yanğın yaxınlıqdakı meşəyə keçib.
Getdikcə böyüyən yanğın avtomobillərin yerləşdiyi avtosalona keçib.
Nəticədə xeyli sayda avtomobil yanaraq kül olub. Yanğın zamanı məişət əşyaları ilə dolu olan anbar da yararsız hala düşüb.
Əraziyə İzmir Meşə Regional İdarəsinə məxsus 2 təyyarə, 1 helikopter, 3 su maşını, çoxlu sayda yanğınsöndürmə qrupu bölgəyə sövq edilib. Qrupların müdaxiləsi ilə yanğın çətinliklə nəzarətə götürülərək söndürülüb.
Yanğınla bağlı Baş Prokurorluğun başlatdığı araşdırmalar çərçivəsində bir nəfər həbs edilib.
Şəbnəm Mehdizadə