- 18:10
Almaniyanın paytaxtı Berlində tikilməkdə olan binanın çardağında yanğın baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Berlinin Kurfürsten və Şill küçələrinin kəsişməsində yerləşən hündürmərtəbəli binada baş verən yanğın şəhəri həyəcan vəziyyətinə salıb. Əraziyə 100-dən çox yanğınsöndürən cəlb edilib. Yanğın zamanı üç güclü partlayış səsi eşidilib. Ehtimal olunur ki, bu səslər binada tikinti işlərində istifadə olunan qaz balonlarından yaranıb.
Təhlükəsizlik məqsədilə ətraf yollar nəqliyyatın hərəkətinə bağlanıb.
Yanğının baş vermə səbəbləri və ölən və ya xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Şəbnəm Mehdizadə