- 18:10
İngiltərədə Qərbi Yorkşir əyalətindən olan 12 yaşlı Sebastian TikTok-da təhlükəli çağırış trendini sınayarkən həyatını itirib.
E-huquq.az xəbər verir ki, Qərbi Yorkşirdə yaşayan 12 yaşlı Sebastian "TikTok" platformasında videoya rast gəlib. Trend olduğu bildirilən videoda insanın boynuna yaylıq bağlayaraq nəfəssiz qalma müddəti və dözümlülüyünü yoxlanılır. Sebastian video çəkərkən nəfəs darlığı səbəbindən huşunu itirib. Ailəsi onun öz otağında cansız cəsədini aşkarlayıb. Təcili yardım, polis və təcili tibbi yardımın səylərinə baxmayaraq, Sebastianı xilas etmək mümkün olmayıb. Qərbi Yorkşir polisi hadisənin şübhəli olmadığını, lakin araşdırmanın davam etdiyini bildirib.
Mütəxəssislər deyirlər ki, ailələr daha diqqətli olmalı və uşaqların sosial şəbəkələrdə rastlaşdıqları təhlükəli məzmunlardan xəbərdar olmalıdırlar. Həmçinin bildirilir ki, sosial media platformaları belə zərərli çağırışların qarşısını almaq üçün daha sərt tədbirlər görməlidir.
Şəbnəm Mehdizadə