- 18:10
Almaniyanın bəzi bölgələrində bu həftə temperaturun 39 dərəcəyə çatacağı gözlənilir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Meteorologiya Xidməti (DWD) məlumat yayıb.
Havanın temperaturunun bəzi bölgələrdə 39 dərəcəyə yüksələcəyi, bəzi yerlərdə isə 40 dərəcəni keçəcəyi gözlənilir.
Açıqlamada havanın temperaturunun gecə 20 dərəcədən yuxarı olacağı gözlənilir.
Bu gündən etibarən xüsusilə cənub və qərb bölgələrində həddindən artıq isti hava şəraitinin təsirli olacağı qeyd edilib vəvətəndaşlara xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə