- 22:13
Portuqaliyanın şimalında yerləşən və əyləncə məkanları ilə məşhur olan Portoda spirtli içki satışı qadağan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən saat 21:00-08:00 arasında şəhərin mərkəzindəki əyləncə məkanlarında, market, köşk və buna bənzər müəssisələrdə spirtli içki satışı qadağan edilib. Qərarın qəbul edilməsində əsas məqsəd ictimai asayiş problemlərinin qarşısını almaqdır.
Buna uyğun olaraq, şəhər mərkəzini əhatə edən müəyyən ərazilərdə saat 21:00-08:00 arasında market, bufet, suvenir mağazaları və şərab zavodlarında spirtli içki satışı qadağan edilib.
Porto Bələdiyyəsinin verdiyi qərar iyunun 25-dən qüvvəyə minib.
Porto Bələdiyyə Başçısı Rui Moreira əvvəllər tətbiq edilən cərimələrin kifayət etmədiyini və buna görə də pozuntu aşkar edilən müəssisələrin müvəqqəti bağlana biləcəyini deyib.
Şəbnəm Mehdizadə