Məzmuna keç

Türkiyədə ağır yol qəzasında ata və 3 uşağı ölüb

Türkiyənin Manisa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisanın Kula rayonunda avtomobilin yük maşınına çırpılması nəticəsində ata və 3 övladı həyatını itirib.

Hadisə yerinə tibb, polis, jandarma və xilasetmə qrupları cəlb edilib.

Ata və uşaqlar zərbənin təsirindən avtomobildə sıxışmış vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən avtomobildən çıxarılan ata və 3 uşağının həyatını öldüyü müəyyən edilib.

Şəbnəm Mehdizadə