Türkiyədə baş verən meşə yanğınları zamanı 46 nəfər xəstəxanaya yerləşdirilib


  • 11:29

Türkiyədə meşə yanğınlarından zərər çəkən 46 nəfər xəstəxanaya aparılıb.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Kamal Memişoğlu məlumat verib.

Nazir bildirib ki, ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınlarından zərər çəkənlərə fasiləsiz olaraq tibbi dəstək davam edir.

"Müvafiq qurumlarla tam koordinasiyalı şəkildə prosesi yaxından izləyirik. Təcili Tibbi Yardım qruplarımız yerlərdə xidmətdədir. Yanğında zərər çəkən 46 vətəndaşın xəstəxanalarımızda müalicəsi davam edir. Yaralılarımızdan birinin vəziyyəti ağır olaraq qalır. Onlara Allahdan tezliklə şəfa diləyirəm" - deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər