İran XİN: “ABŞ hücum etməyəcəyinə zəmanət versə, danışıqlara bərpa edə bilər”


  • 11:45

“Vaşinqton danışıqlar zamanı respublikaya hücum etməyəcəyinə zəmanət verdikdən sonra İran ABŞ-ilə danışıqları bərpa edəcək”.

E-huquq.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “CBS News” telekanalına müsahibəsində deyib.

Əraqçının sözlərinə görə, danışıqlar prosesinin sürətlə bərpa olunacağı ehtimalı azdır. O qeyd edib ki, Tehran və Vaşinqton arasındakı fikir ayrılıqlarında diplomatik həll üçün həmişə yer olacaq.

Xarici işlər naziri əlavə edib ki, uranın zənginləşdirilməsi üzrə elmi bilikləri və texnologiyaları bombardman etməklə məhv etmək mümkün deyil və buna görə də İran bu sahədə itirdiklərini bərpa edə biləcək.

Humay Eminqızı

Oxşar xəbərlər