ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edəcək


  • 12:12

ABŞ Suriyaya qarşı sanksiyaları ləğv edəcək.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Ağ Evin sözçüsü Karolin Leavitt məlumat verib.

O ABŞ prezidenti Donald Trampın ABŞ-nin Suriyaya qarşı sanksiya proqramına son qoymaq üçün sərəncam imzalayacağını bildirib.

"Bu, ölkənin sabitlik və sülhə gedən yolunu dəstəkləmək və təşviq etmək səyidir" - deyə sözçü əlavə edib.

Trampın Yaxın Şərq səfəri zamanı Suriyanın yeni lideri ilə görüşdüyünü və sanksiyaları qaldıracağına dair söz verdiyini xatırladan Leavitt, ABŞ-nin barışıq içində olan sabit, vahid Suriyanı dəstəkləməkdə qərarlı olduğunu qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər