- 17:01
ABŞ-nin Kaliforniya ştatında puma uşaq düşərgəsinə hücum edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində düşərgənin bir əməkdaşı yüngül bədən xəsarətləri alıb.
Puma hücumdan dərhal sonra qaçıb. Həmin gün düşərgənin yerləşdiyi ərazinin sahibi heyvanı taparaq güllələyib. Lakin DNT analizindən sonra kişiyə hücumun başqa bir puma tərəfindən törədildiyi məlum olub.
Hücum edən puma isə bir neçə gün sonra tapılıb.
Humay Eminqızı