- 17:40
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatını yeni ərazilərə genişləndirib və Fələstin anklavında gedən döyüşlərdə onlarla silahlı radikalı məhv edib.
E-huquq.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Son bir neçə gün ərzində 36-cı diviziya Qəzza zolağında yeni ərazilərdə əməliyyatları genişləndirərək onlarla terrorçunu və həm yerin üstündə, həm də yer altında yüzlərlə terrorçu infrastruktur obyektini məhv edib", - məlumatda bildirilib.
Hərbçilər qeyd ediblər ki, son 24 saat ərzində 162-ci diviziya operativ komanda məntəqəsində olan 8 terrorçunu məhv edib, 99-cu diviziyanın hərbçiləri isə aviasiyanın köməyi ilə partlayıcı qurğu yerləşdirməyə cəhd edən iki radikalı məhv ediblər.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri 24 saat ərzində Fələstin anklavında 140 radikal hərbi obyektə hücum edib.
Humay Eminqızı