Türkiyədə 5 gündə 342 yanğın hadisəsi baş verib


  • 13:24

“Son 5 gündə 342 yanğın baş verib. Manisa, İzmir, Hatay və Antakyada 6 yanğın davam edir”.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı deyib.

Yanğınlara havadan və yerdən müdaxilə üçün davamlı olaraq işlər aparıldığını bildirən nazir, küləkli hava şəraitinin də mənfi təsirini vurğulayıb.

“Xahiş edirəm çöldə atəş yandırmayın. Ölkəmizin sərvətləri çox sadə bir atəşlə yanır”, - deyə nazir qeyd edib.

Səhiyyə naziri Kamal Memişoğlu isə yanğında zərər çəkən 46 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər