- 17:48
Fransada anomal istilər səbəbindən təqribən 1350 məktəb tamamilə və ya qismən bağlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Meteorologiya Agentliyi "Meteo France" paytaxt Paris də daxil olmaqla, 16 əyalətdə həddindən artıq istilər səbəbiylə qırmızı, 68 əyalətdə isə narıncı xəbərdarlıq elan edildiyini açıqlayıb.
Ölkə ərazisində havanın temperaturunun gün ərzində ən azı 20, ən çoxu isə 41 dərəcə isti olacağı gözlənilir.
Havaların isti keçməsi ilə əlaqədar Paris və ətraf ərazilərdə ozonla çirklənmənin artması yerli hakimiyyət orqanlarını tədbir görməyə sövq edib.
Paris Polis Departamentindən bildirilib ki, Parisdə və bəzi ətraf əyalətlərdə yalnız ətraf mühiti ən az çirkləndirən müəyyən avtomobillərin yola çıxmasına icazə veriləcək, digər avtomobillərin hərəkətinə isə qadağa qoyulacaq.
Fransada isti hava ilə əlaqədar iyunun 29-dan etibarən Tarn-et-Qaronna əyalətindəki Qofex Atom Elektrik Stansiyasında reaktorun fəaliyyəti dayandırılıb.
Şəbnəm Mehdizadə