Barselonada son 100 ilin ən isti iyunu qeydə alınıb


  • 15:12

İspaniyanın Barselona şəhərində son 100 ilin ən isti iyunu qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə İspaniya Meteorologiya İnstitutu (AEMET) məlumat yayıb.

Qurum Barselonanın 1914-cü ildə temperatur qeydləri başlayandan bəri ən isti iyun ayının olduğunu açıqlayıb. Açıqlamada bu ilin iyun ayında orta temperaturun 26 dərəcəyə çatdığı və bundan əvvəlki ən isti iyun ayının 25,6 dərəcə ilə 2003-cü ildə qeydə alındığı bildirilib.

Ayın ən yüksək temperaturu iyunun 30-da 37,9 dərəcə olub.

Avropanın bir çox şəhərləri isti dalğanın təsiri altındadır. İtaliya, Almaniya, Belçika və Fransada həddindən artıq istilərə qarşı müxtəlif tədbirlər görülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər