- 17:48
Sabah İranın Yəzd əyalətindəki bütün dövlət və özəl qurumlar isti hava şəraitinə göə fəaliyyətini dayandıracaq.
E-huquq.az xəbər verir ki, xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Yəzd Föqvəladə Hallar İdarəsinin direktoru İhsan Balakətfi sabah Yəzddəki bütün dövlət və özəl qurumların bağlanacağını açıqlayıb.
İran rəsmisi əhaliyə həddindən artıq isti saatlarda açıq yerlərdə olmamaq barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ölkənin mərkəzi hissəsində yerləşən Yəzddə havanın orta temperaturu hazırda 40 dərəcədən yuxarıdır.
Şəbnəm Mehdizadə