Avropanın əksər ölkələri meşə yanğınlarına qarşı tədbirlər görür


  • 17:01

Avropanın bir sıra ölkələri meşə yanğınları riskinə qarşı tədbirlərə start verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, qitədə meşə ərazilərinə giriş qadağan edilib və yanğınla bağlıq xəbərdarlıq elan olunub. Xüsusilə Avropanın cənubunda yerləşən İtaliya, Yunanıstan, Fransa, İspaniya və Portuqaliya kimi ölkələr həssas bölgələri müəyyən edib və bu ərazilərdə aidiyyəti qurumlar hazır vəziyyətə gətirilib.

Meşəyə giriş qadağası, yanğın və manqal qadağası kimi təcrübələri tətbiq edən Avropa ölkələrində aidiyyəti qurumlar, yanğın riski olan ərazilərdə yüksək səviyyəli həyəcan siqnalları verərək, mümkün yanğınlara müdaxilə etməyə hazırlaşır.

İtaliyada həddindən artıq istilər başlayıb və xüsusən də cənub bölgələrində yanğın təhlükəsi səbəbilə həyəcan vəziyyəti elan edilib. Ötən həftə sonu ölkə daxilində havanın temperaturu 36-42 dərəcə olub.

Yunanıstanda həddindən artıq istilər və güclü külək səbəbindən meşə yanğınları ilə bağlı “sarı xəbərdarlıq” elan edilib. Bu barədə Yunanıstan Yanğından Mühafizə İdarəsi məlumat yayıb. Paytaxt Afina, Qərbi Yunanıstan, Peloponnes yarımadası, Euboea adası və Şərqi Egey adaları da daxil olmaqla ölkənin bir çox bölgəsində yanğın təhlükəsinin olduğu bildirilib.

Həmçinin Portuqaliyanın yeddi bölgəsində isti hava ilə əlaqədar qırmızı xəbərdarlıq verilib. Paytaxt Lissabondan təxminən 110 kilometr şərqdə yerləşən Mora qəsəbəsində ötən gün havanın temperaturu 46,6 dərəcəyə çatıb.

İngiltərədə Meteorologiya İdarəsi bu həftənin əvvəlində ölkənin bir çox bölgəsində temperaturun 36 dərəcəyə qədər yüksələ biləcəyini açıqlayıb. Xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərin zərurət olmadıqca küçəyə çıxmaması, maye qəbulunu artırması və istidən yaranan xəstəliklərlə bağlı xəstəxanalara müraciət etməsi tövsiyə edilib.

Hollandiya Meteorologiya İnstitutu (KNMI) tərəfindən 1-2 iyul tarixlərində Noord-Brabant, Gelderland və Limburg bölgələri üçün narıncı xəbərdarlıq verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər