- 17:40
Belçikada isti hava ilə bağlı narıncı xəbərdarlıq verilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika Kral Meteorologiya İnstitutu (RMİ) məlumat yayıb.
Ölkənin qərbində və mərkəzinin bir çox bölgələrində havanın temperaturu 35 dərəcəni keçəcək.
Bəzi rayonlarda temperature 36 və 37 dərəcəyə çatacaq.
Vətəndaşları diqqəti olmaq barədə xəbərdarlıq edilib. Qocalar, uşaqlar və ürək xəstəliyi olanların açıq hava fəaliyyətini məhdudlaşdırmaları tövsiyə edilib.
Ölkədə sonuncu dəfə bu narıncı xəbərdarlıq 2024-cü ilin avqustunda, qırmızı xəbərdarlıq isə 2020-ci ilin avqustunda verilib.
Şəbnəm Mehdizadə