- 2 İyul 23:10
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp sosial media səhifəsində paylaşım edib.
Tramp bildirib ki, onun nümayəndələrinin İsrail rəsmiləri ilə uzun və məhsuldar görüşü baş tutub.
Qəzzada atəşkəsin yaradılması üçün göstərilən səylərə toxunan Tramp deyib ki, İsrail 60 günlük atəşkəsin bağlanması üçün lazımi şərtləri qəbul etdi.
“Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacağıq" - deyə Ağ Ev rəhbəri əlavə edib.
Tramp bundan əvvəl gələn həftə Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyini və Qəzza və İran məsələlərini müzakirə edəcəklərini açıqlamışdı.
Şəbnəm Mehdizadə