- 2 İyul 23:10
İtaliyada kəskin isti hava iki nəfərin ölümünə səbəb olub.
E-huquq.az İtaliyanın ANSA agentliyinə istinadən xəbər verir ki, ölkənin cənubundakı Palermo şəhərində 53 yaşlı qadın dünən küçənin ortasında həyatını itirib. Ürəyində problem olduğu deyilən qadının həddindən artıq istinin təsirindən dünyasını dəyişdiyi bildirilib.
Daha bir ölüm hadisəsi ölkənin şimalındakı Bolonyada baş verib. Şəhər yaxınlığındakı tikintidə işləyən 47 yaşlı miqrant istidən pisləşərək qəfil yerə yıxılıb və dünyasını dəyişib.
Viçenza şəhəri yaxınlığındakı tikintidə işləyən iki fəhlə isə səhhəti pisləşdiyinə görə xəstəxənaya aparılıb.
Həmkarlar ittifaqları günorta saatlarında işlərin dayandırılmasını tələb edib.
İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə kəskin istilər səbəbindən xəstələnənlər və isti vurma şikayəti ilə müraciət edənlərin sayı artıb. Nazirlik günəşdən qorunma üsulları barədə maarifləndirici məlumatlar dərc edir.
Şəbnəm Mehdizadə