İstanbulda etiraz aksiyaları zamanı 42 nəfər saxlanılıb


  • 2 İyul 10:39

Türkiyənin İstanbul şəhərində etiraz aksiyaları zamanı 42 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir İstanbulun Saraçhane səmtində prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən və təhlükəsizlik qüvvələrinə müqavimət göstərən 42 nəfərin tutulduğunu və barələrində qanuni tədbir görüldüyünü açıqlayıb.

"Ölkəmizin küçə və meydanlarını heç kim hücum meydanına çevirə bilməz” - deyə nazir əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər