ABŞ Ukraynaya əsas silah tədarükünü dayandırdı


  • 2 İyul 10:50

ABŞ Ukraynanı hava hücumundan müdafiə sistemləri və digər silahlarla tədarük etməyi dayandırıb və əvəzində onlardan Pentaqonun ehtiyatlarını artırmaq üçün istifadə edir.

E-huquq.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndəsi və Konqresin iki köməkçisi bildirib.

“The Wall Street Journal” qeyd edib ki, Ukraynaya silah tədarükünün dayandırılması qərarı Ağ Evin Kiyevin Rusiyadan müdafiəsinə kömək etmək öhdəliyinin zəiflədiyini əks etdirir.

Bunun əvəzinə Tramp administrasiyasının rəsmiləri diqqəti daha çox Çindən gələn təhdidlərə və daha da kəskin şəkildə Yaxın Şərqdəki hərbi ehtiyaclara yönəltməyin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Anna Kelli Pentaqonun ABŞ-ın hərbi yardımını nəzərdən keçirməsindən sonra bu qərarın Amerikanın maraqlarını birinci yerə qoymaq üçün verildiyini deyib.

Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbridge Colby Ukraynaya silah satışını dayandırmaq qərarını şərh etməyib, lakin Pentaqonun Trampa Ukraynaya hərbi yardımı davam etdirmək üçün onun bu müharibəni bitirmək məqsədinə uyğun variantları təqdim edəcəyini bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər