Misirdə qazma gəmisi batıb: 3 nəfər ölüb, 21 nəfər itkin düşüb


  • 2 İyul 10:57

Misirin şərqindəki Süveyş körfəzində qazma gəmisi batıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 21 nəfər itkin düşüb.

Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyindən yaydığı açıqlamada Süveyş körfəzinin Cəbəl Zeit bölgəsində Dəniz Şukheir Neft Şirkətinə məxsus “Adam Marine 12” adlı qazma gəmisinin batması təsdiq edilib. Bildirilib ki, neft və mineral sərvətlər naziri Kərim Bədəvi və əmək naziri Məhəmməd Cübran hadisə yerinə yollanıblar.

Nazirliyin açıqlamasında baş verənlərin bölgədəki aidiyyəti orqanlar tərəfindən nəzarətə götürüldüyü və lazımi tədbirlərin görüldüyü bildirilib. Qazma gəmisi Əşrəfiyyə platforması yaxınlığında yeni iş sahəsinə aparılarkən çevrilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər