Məzmuna keç

Rusiya Ukrayna qüvvələrinə pul köçürməkdə şübhəli bilinən şəxsləri həbs edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanlarına və Silahlı Qüvvələrinə pul vəsaiti köçürən Zaporojye vilayətinin üç sakininin saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.

Saxlanılan şəxslərdən etiraflar alınıb və onlar barəsində həbs-qətimkan tədbiri seçilib.

Humay Eminqızı