- 2 İyul 23:10
Rusiyanın Abaza şəhərində 10 yaşlı uşaq düşərgədə ağcaqanad dərmanından zəhərlənərək ölüb.
E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, uşaq ürəkbulanma və yüksək hərarət semptomları ilə xəstəxanaya aparılıb. Xəstəxanada vəziyyəti daha da ağırlaşan uşaqın həyatını xilas etmək mümkün olmayıb.
Uşağın dostları onun tez-tez ağcaqanad spreyindən istifadə etdiyini və bunun hadisəyə ilkin səbəb olduğunu bildiriblər. Lakin spreydən istifadə edən digər uşaqlar zərər görməyib.
Ekspertiza zamanı çiçək və ya giləmeyvə ilə zəhərlənmə halı da istisna edilməyib.
Humay Eminqızı