- 2 İyul 23:10
Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib. işçi tullantıları parçalayan avadanlığın içinə düşdü.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təkrar emal müəssisəsinin işçisi - 28 yaşlı Özbəkistan vətəndaşı Kutratov Mirzovhit müvazinətini itirərək tullantıların parçalanması üçün istifadə edilən avadanlığın içinə düşüb.
Təxminən 45 dəqiqəlik xilasetmə işlərindən sonra o, avadanlığın içindən çıxarılıb. İşçi ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Humay Eminqızı