- 2 İyul 23:10
Türkiyənin Bursa şəhərində 4,3 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Bursanın Gemlik rayonunda, yerin 12,93 kilometr dərinliyində qeydə alınıb.
Humay Eminqızı