- 2 İyul 23:10
Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarına gəldikdən sonra Avropa İrana qarşı bütün sanksiyaları təcili olaraq bərpa etməlidir.
E-huquq.az xəbər verir ki, bu tələblə İsrailin xarici işlər naziri Gideon Saar sosial şəbəkədə çıxış edib.
"Mən 3-cü Avropa İttifaqı ölkələrini - Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı bütün sanksiyaları indi bərpa etməyə çağırıram! Tehran indicə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq barədə qalmaqallı açıqlama verib ki, bu da nüvə enerjisi sahəsində bütün beynəlxalq öhdəliklərindən tamamilə imtina deməkdir", - diplomat Avropaya müraciət edib.
Saar həmçinin beynəlxalq ictimaiyyətdən dərhal işə qoşulmağı və İslam Respublikasının nüvə ambisiyalarını dayandırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyi tələb edib.
Humay Eminqızı