Yaponiyanın cənub-qərbində 11 gündə 911 zəlzələ baş verdi


  • 2 İyul 17:01

Yaponiyanın cənub-qərbindəki Tokara arxipelaqında 11 gün ərzində müxtəlif maqnitudalarda 911 zəlzələ baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 21-dən iyulun 2-dək adalarda maksimum 5,6 bal gücündə 911 zəlzələ baş verib.

Müvafiq olaraq, 1 və yuxarı bal gücündə610, 2 və yuxarı bal gücündə220, 3 və yuxarı bal gücündə60, 4 və yuxarı bal gücündə 18 zəlzələ baş verib. 5 və daha yuxarı bal gücündə zəlzələlər 3 dəfə baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər