- 2 İyul 23:10
Somalinin paytaxtı Moqadişoda hərbi helikopter eniş zamanı qəzaya uğrayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Uqandaya məxsus olduğu açıqlanan helikopter qəzadan sonra alovlanıb.
Qəzaya uğrayan helikopterin göyərtəsində 8 nəfər olub. Uqanda ordusunun sözçüsü bildirib ki, qəzadan üç nəfər sağ qalıb. Bildirilib ki, digər 5 nəfərin taleyi hələlik məlum deyil və yanğın tam söndürüldükdən sonra bəlli olacaq.
Şəbnəm Mehdizadə