Çinli həkimlər 5000 kilometr uzaqlıqdan əməliyyat ediblər


  • 2 İyul 17:22

Çinli cərrahlar peyk texnologiyasından istifadə etməklə 5000 kilometr uzaqlıqdan robot əməliyyatlar ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, çinli cərrah Prof. Dr. Rong Liunun rəhbərlik etdiyi qrup Lhasada 5000 kilometr uzaqlıqdan peyk və robot cərrahiyyə texnologiyasından istifadə etməklə Pekində iki xəstə üzərində əməliyyat keçirib.

Ənənəvi 5G dəstəkli cərrahi sistemlərdə məsafə məhdudiyyəti olsa da, bu əməliyyatda "Apstar-6D" peykinin aktivləşdirilməsi ilə gecikmələrin minimuma endirildiyi bildirilib.

Həkimlər qaraciyər xərçəngi və hemangioma olan iki xəstəni təxminən 124 dəqiqə davam edən əməliyyatlarla müalicə ediblər. Bildirilib ki, yeni nəsil qoşulma sistemləri sayəsində əməliyyat zamanı məlumat axını fasiləsiz təmin edilib və əməliyyatlar yüksək dəqiqliklə həyata keçirilib. Açıqlamada əməliyyatdan sonra ciddi fəsadların olmadığı və xəstələrin 24 saat ərzində evə buraxıldığı da qeyd edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər