- 17:07
Rusiyanın Cənubi Kuril adaları sahillərində 4,2 maqnitudalı zəlzələ baş verib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Məlumata görə, yeraltı təkanlar 3 iyul yerli vaxtla saat 9:45-də qeydə alınıb.
Zəlzələ yerin 31 kilometr dərinliyində qeydə alınıb.
Humay Eminqızı