İzmirdə meşə yanğını davam edir, sakinlər təxliyə edildi


  • 10:26

Türkiyənin İzmir şəhərində başlayan meşə yanğını davam edir.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmirin Çeşmə rayonunda əkin sahəsində başlayan yanğın küləyin təsiri ilə meşəlik əraziyə keçib.

Əraziyə İzmir Meşə Regional İdarəsinə məxsus 6 təyyarə, 19 helikopter, 39 su maşını, 14 su təchizatı maşını və 4 buldozer cəlb edilib.

Çeşmənin İldır və Germiyan məhəllələri və Urla rayonunun Nohutalan məhəllələri təxliyə edilib.

Yanğının söndürülməsinə vətəndaşlar da dəstək verir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər