Məzmuna keç

Türkiyədə zəncirvari qəza:

Türkiyənin Balıkesir şəhərində zəncirvari yol qəzası baş verib.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, Balıkesirin Gönen rayonunda baş verən yol qəzası nəticəsində avtomobillərdə olan 9 nəfər xəsarət alıb.

Qəza yerinə xilasetmə, jandarma, polis və təcili yardım qrupları cəlb edilib.

Gönen Dövlət Xəstəxanasına çatdırılan yaralılardan 3-nün həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin səbəbi araşdırılır.

Şəbnəm Mehdizadə