Qanada meymunçiçəyinə yoluxanların sayı kəskin artdı


  • 10:46

Qanada meymunçiçəyi virusuna yoluxanların sayı 133-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qana Səhiyyə Xidməti (GHS) məlumat yayıb.

Məlumatda ölkənin 10 vilayətinin 46 rayonunda virusun sürətlə yayıldığı bildirilib.

Qeyd olunub ki, ölkədə bir həftə ərzində 14 yeni yoluxma faktı aşkar edilib.

May ayından bu yana ölkədə bu virusa yoluxanların sayı 133-ə çatıb.

Ölkədə virusun yayılmasının qarşısının alınması məqsədilə yüksək risk qruplarına qarşı peyvənd kampaniyasına başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər