- 17:07
Fransada Paris də daxil olmaqla, müxtəlif şəhərlərdə hava limanı işçiləri tətil edib.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa Mülki Aviasiya İdarəsi (DGAC) məlumat yayıb.
Bildirilib ki, işçilərin tətil etməsi ilə əlaqədar iyulun 3-də və 4-də bəzi uçuşlar ləğv edilib.
İyulun 3-də Paris bölgəsindəki Paris Şarl de Qoll, Orli və Beauvais hava limanlarında uçuşların 25 faizi, Lyon, Marsel, Montpellier, Ajaccio və Fiqari hava limanlarında uçuşların 30 faizi, Nitsa, Bastia və Kalvi hava limanlarında isə 50 faizi ləğv edilib.
İyulun 4-də Parisin Şarl de Qoll, Orli və Bove hava limanlarında uçuşların 40 faizi ləğv ediləcək.
İşçilər iş şəraiti, kadr çatışmazlığı kimi məsələlərə diqqət çəkmək üçün tətil keçirir.
Şəbnəm Mehdizadə