Türkiyədə təyyarə qəzası: pilot öldü


  • 11:21

Türkiyənin Rize şəhərində təyyarə qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Eskişehirin Sivrihisar rayonundan havaya qalxan və Rizə-Artvin hava limanına gedən təyyarə Ərzurum-Rize sərhədində qəzaya uğrayıb.

Qəza nəticəsində pilot həyatını itirib.

Rize valisi İhsan Selim Baydaş təyyarədəki sərnişinin xilas edildiyini açıqlayıb.

Baydaş Kaçkar dağlarının zirvəsində qəzaya uğrayan təyyarənin qalıqlarının saat 06:24-də tapıldığını bildirib.

Daxili işlər naziri Ali Yerlikaya təyyarə qəzasında həyatını itirən pilot Mehmet Demircinin ailəsinə başsağlığı verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər