Rusiya Ukraynanın sifarişi ilə terror aktı planlaşdıran qadını həbs etdi


  • 12:05

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Sankt-Peterburqda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə müdafiə müəssisəsinin əməkdaşına qarşı terror aktı hazırlamaqda şübhəli bilinən 23 yaşlı rusiyalı qadını saxlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat verib.

Məlumata görə, təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayında "Telegram" və "WhatsApp" messencerləri vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının nümayəndəsi ilə fəal əlaqə yaradıb və Rusiya Federasiyasından çıxmaq və Aİ ölkələrindən birində vətəndaşlıq almaq üçün yardım müqabilində təxribat və terror fəaliyyətlərində iştirak etməyə hazır olduğunu bildirib.

Göstərişlərə uyğun olaraq, o, Moskva vilayətində ictimai yerlərdə ukraynayönlü yazılar yazıb və dəmir yolu infrastrukturu obyektini yandırmağa cəhd edib. Terrorçuların hədəfi olan avtomobilin altına PUA yerləşdirən zaman o saxlanılıb.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi (terror aktına cəhd) və 222.1-ci maddəsinin 3-cü hissəsi (partlayıcı qurğuların qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması) ilə cinayət işi açıb.

Humay Eminqızı

Oxşar xəbərlər