Türkiyədə meşə yanğınlarında zərərçəkmişlərə 21 milyon ödənildi


  • 15:09

Türkiyədə meşə yanğınlarından zərər çəkmiş şəxslərə ümumilikdə 21,603 milyon Türkiyə lirəsi məbləğində yardım edilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.

O bildirib ki, baş verən meşə yanğınlarında İzmir vilayətində 110 ev, 2 iş yeri və 1 tövlə, Biləcik vilayətində 69 ev, 3 iş yeri və 27 tövlə, Manisa vilayətində 5 ev yanğın fəlakəti nəticəsində ciddi ziyan görüb.

“Biləcik vilayətində vətəndaşlarımızın müvəqqəti sığınacaq tələbatını ödəmək üçün iki kənddə ümumilikdə 26 ailənin yerləşə biləcəyi konteyner yaşayış sahələri yaradılıb”,- nazir qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər