Vəkil dənizdə boğularaq öldü - FOTO


  • 3 İyul 15:55

Türkiyədə xanım vəkil dənizdə boğulub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, ötən gün saat 23:00 radələrində Mersin şəhərinin Silifke rayonunda Atakent-Yapraklı körfəzi sahilində baş verib.

Gecə saatlarında sərinləmək üçün dənizə girən Şırnak Vəkillər Kollegiyasının üzvü 45 yaşlı Pırşenk Bartan boğularaq ölüb.

Hadisə yerinə gələn xilasedicilərin dənizdə apardığı axtarışlar zamanı qadının cansız cəsədi tapılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər