- 3 İyul 20:51
İtaliyanın Sardiniya adasında anomal istilər səbəbindən daha 2 nəfər dünyasını dəyişib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada havanın temperaturunun 40 dərəcəni keçdiyi Sardiniya adasındakı Budoni qəsəbəsindəki çimərlikdə 75 yaşlı kişi, San Teodoro qəsəbəsindəki çimərlikdə isə 60 yaşlı kişi artan istilər səbəbindən dünyasını dəyişib.
Ümumilikdə həftənin əvvəlindən bu yana ölkədə isti hava səbəbdən həyatını itirənlərin sayı 4-ə yüksəlib.
Humay Eminqızı