Rusiyanın neft və qaz gəlirləri azalıb


  • 3 İyul 16:09

İyun ayında Rusiya büdcəsinin neft və qaz gəlirləri 494,8 milyard rubl təşkil edib ki, bu da 2024-cü ilin yanvarından bəri ən aşağı göstəricidir.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəlki ayla müqayisədə təxminən 18 milyard rubl azalma müşahidə olunub. Eyni zamanda həm neftin, həm də qazın, o cümlədən qaz kondensatının satışından əldə olunan gəlirlər azalıb.

Faktiki əldə olunmuş neft-qaz gəlirlərinin gözlənilən həcmdən ümumi kənarlaşması 7,05 milyard rubl təşkil edib. Maliyyə Nazirliyi bildirir ki, iyul ayında baza səviyyəsinə çatmaq üçün əlavə 25,82 milyard rubl tələb olunacaq.

Neft və qaz gəlirlərindəki azalmanın əsas səbəbi isə əmtəə qiymətlərindəki eniş göstərilir. İsrail və İran arasında münaqişə zamanı neftin qiymətinin qısamüddətli artması ümumi tendensiyanı dəyişməyib.

Humay Eminqızı

Oxşar xəbərlər