- 3 İyul 20:51
Türkiyənin Bolu şəhərində daha bir şəxs Krım-Konqo Qızdırmasından (KKKA) ölüb.
E-huquq.az Türkiyə KİV-ə itinadən xəbər verir ki, səhhəti qəflətən pisləşən 77 yaşlı Şerife Halıcı adlı qadın xəstəxanaya aparılıb.
Müayinələrdən sonra onun Krım-Konqo qızdırmasına yoluxduğu məlum olub.
Bütün müdaxilələrə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə